Heyəti və nəticələri ilə öyünə bilməzlər - PROQNOZ
10.06.2022 - 12:19
Heyəti və nəticələri ilə öyünə bilməzlər - PROQNOZ

Bu gün Millətlər Liqasında B liqasının 2-ci qrupunda növbəti oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, hələlik bir oyunda aktivinə 1 xal yazdıran Albaniya ilə İsrail birincilərin meydanında üz-üzə gələcək.

Tanınmış futbol eksperti Anton Getta Tiranadakı qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb. Rusiyalı mütəxəssis bir neçə variant təklif etsə də, daha çox qarşılıqlı qollara bel bağlayır:

Hər iki komanda qrupda keçirdiyi yeganə oyununda İslandiya ilə heç-heçə edib. Üstəlik, həm İsrail, həm də Albaniya həmin oyunlarda qələbəni əldən verib. Bukmeker kontorları ev sahibi olduğu üçün Albaniyanı qələbəyə daha yaxın görür. Maraqlıdır ki, şəxsi görüşlərdə də qələbə sayı eynidir – 2:2.

Albaniyanın son 10 ev matçındakı nəticələri təqdirəlayiqdir. Komanda bunun 6-da qələbə qazanıb. İsrail isə səfər komandası deyil. Onlar rəqib meydanında keçirdikləri son 6 oyunun 5-də uduzublar.

Albaniya kağız üzərində daha güclü görünür, “Atalanta”dan Berat Cimsiti, “Roma”dan Maraş Kumbulla, “Empoli”dən Nedim Bayrami, “Latsio”dan Elseid Hisay bu komandanın formasını geyinir və evdə əla təsir bağışlayır. Üstəlik, bundan əvvəlki 11 rəsmi matçdan 8-də qol vurublar. İsrail isə hazırkı heyəti və nəticələri ilə öyünə bilməz. Səfərdə zəif çıxış etsələr də, hücum xətti azarkeşləri darıxmağa qoymur: son 10 oyundan 8-də qol vurublar.

Bu oyuna 1X və 1,5 ÜST oynamaq olar. Ancaq əmsallar orta səviyyədədir və bir az risklidir. Qarşılıqlı qolun vurulacağına güvənmək daha asandır.

Proqnozum: Qol/Qol
 

writer photo
Əlirza Əlirzalı
0