“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager sevimli komandasının Çempionlar Liqasının final oyununda “Real” önündə şanslarını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis “qırmızılar”ı İspaniya çempionundan üstün sayır.
Onun fikrincə, “Real” hətta İngiltərənin böyük klublarından zəifdir:
“Bu mövsüm “Real” Çempionlar Liqasında “Liverpul”un bütün turnirlərdəki məğlubiyyət sayından daha çox uduzub. “Real” çox yaxşı komandadır, ancaq “Mançester Siti” qədər deyil. Hətta “Çelsi”ni üstələmələrinə baxmayaraq, ispanları heç bu klub səviyyəsində də görmürəm.
Təbii ki, “kral klubu” finalda qalib gələ bilər. Çünki bu, bir matçdan ibarət dueldir. “Liverpul” tam heyəta sahib olsa və maksimum gücü ilə oynasa, qələbə qazancağına əminəm”.
Qeyd edək ki, bu gün Parisdə keçiriləcək “Liverpul” – “Real” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.