Mərakeşin baş məşqçisi: "Daha güclü geri qayıtmalıyıq"
17.12.2022 - 21:48
Mərakeşin baş məşqçisi: "Daha güclü geri qayıtmalıyıq"

“Oyunçularımla fəxr edirəm, onlar son dəqiqəyə qədər hər şeyi verdilər. Bu dünya çempionatından dərs alacağıq, daha güclü geri qayıtmalıyıq".

Apasport.az xəbər verir ki, bunu Mərakeş yığmasının baş məşqçisi Valid Rakiraki deyib.

O, komandasını Qətərdə keçirilən dünya çempionatında 4-cü yeri tutması münasibətilə təbrik edib: "Bizi evdə gözləyirlər. Dünyanın ilk 4 komandasına daxil olduğumuz üçün şadıq.

Son saniyələrə qədər təslim olmadıq. Xorvatiyanı təbrik edirəm. Onlar 3-cü yerə layiq idilər, bizdən daha çox təcrübəyə malikdirlər. Amma biz çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub. Əvvəllər bu qitənin komandalarının ən yaxşı nəticəsi 1/4 final mərhələsi idi.

writer photo
Əlirza Əlirzalı
0