Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, üç qrupda X turun matçları baş tutub.
Bu görüşlər AVRO-2024-ün final mərhələsinə daha üç vəsiqənin sahibini müəyyənləşdirib. İtaliya C, Çexiya E, Sloveniya H qrupunda son vəsiqəni əldə ediblər.
Qazaxıstan Sloveniyaya qalib gəlsəydi, özü birbaşa AVRO-2024-ə yüksələcəkdi. Bu, Azərbaycan yığmasının gələn ilin martında keçiriləcək pley-offa yolunu açacaqdı. Lakin görüş Sloveniyanın qələbəsi ilə başa çatıb: 2:1
Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, İngiltərə və Serbiya final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
AVRO-2024, seçmə mərhələ
X tur
20 noyabr
C qrupu
Şimali Makedoniya – İngiltərə 1:1
Ukrayna – İtaliya 0:0
Xal durumu: İngiltərə - 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.
E qrupu
Albaniya – Farer adaları 0:0
Çexiya – Moldova 3:0
Xal durumu: Albaniya – 15, Çexiya – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2.
H qrupu
Şimali İrlandiya – Danimarka 2:0
San Marino – Finlandiya 1:2
Sloveniya – Qazaxıstan 2:1
Xal durumu: Danimarka – 22, Sloveniya – 22, Finlandiya - 18 Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino - 0.