Millimizin oyununda alman hakimlər
10.10.2023 - 12:41
Millimizin oyununda alman hakimlər

Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq matçı Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 13-də keçiriləcək görüşün baş hakimi Robert Şröder olacaq. Ona Kristian Gittelmann və Robert Vessel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstubner yerinə yetirəcək.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı “Le Kok Arena”da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0