Bukmeker kontorlarında daha bir böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-nin 1/4 final mərhələsinin Mərakeş – Portuqaliya oyununda risk edib.
Better bu matça 1 milyon rubl (27 min 200 manat) qoyub. O, Portuqaliyanın ən azı 2 qol vuracağına proqnoz verib. Bu variantın əmsalı 2,85 olub.
Amma bu qarşılaşmada Mərakeş millisi nəinki qalib gəlib, hətta qapısını da toxunulmaz saxlaya bilib. Kriştiano Ronaldo və komandasının 2 qol vurmaması kontorun müştərisinin uduzması ilə nəticələnib.
Qeyd edək ki, Portuqaliya 0:1 hesablı məğlubiyyətlə mundiala vida edib.