Bu gün Millətlər Liqasında III tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, C liqasının 2-ci qrupunda yer alan Kosovo ilə Şimali İrlandiya Priştinada üz-üzə gələcək.
İngiltərəli futbol eksperti Co Lyons bu qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb. Mütəxəssis Şimali İrlandiyanın turnirdə ilk qalibiyyətini əldə edəcəyini proqnozlaşdırıb:
Şimali İrlandiya ilk iki turda Yunanıstan (0:1) və Kiprə (0:0) qalib gələ bilmədi. Lazım olan qələbəni Kosovo səfərində qazanmağa yaxındır. Onlar üçün nəyisə dəyişməyin artıq vaxtıdır. Baş məşqçi Yan Baraklov ilk iki turda “dişsiz” görünən hücum xəttində mütləq dəyişiklik etməlidir.
Son üç matçında qələbə üzü görməyən Şimali İrlandiyanın tənəzzüldən qurtulacağını və Belfasta 3 xalla dönəcəyini zənn edirəm. Bu komandalar tarixdə ilk dəfə üz-üzə gələcəklər. Britaniya təmsilçisi FIFA reytinqində rəqibini 53 pillə qabaqlamasına baxmayaraq, qalibiyyət üçün yüksək keyfiyyət ortaya qoymalıdır.
Kosovo isə turnirə Kipr üzərində səfər qələbəsi (2:0) ilə başlamasına rəğmən ötən turda doğma meydanında Yunanıstana (0:1) yenildi. Bu azmış kimi qapıçı Ariyanet Muriç və müdafiəçi Fidan Aliti qırmızı vərəqə alaraq cəzalı duruma düşdü. Bir sözlə, qonaq komandanın qələbəsinə mane olacaq hər hansı bir səbəb yoxdur. Təbii ki, Şimali İrlandiyanın çalışdırıcısı yaşlı oyunçuların yanında Şeyn Leveri kimi gənclərə də etibar etməlidir.
Proqnozum: Şimali İrlandiyanın 2:0 hesablı qələbəsi.