Rusiyalı futbol eksperti Dmitri Spirin Millətlər Liqasının III turu çərçivəsində bu gün keçiriləcək Macarıstan – Almaniya oyunu ilə bağlı proqnozunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis Budapeştdə baş tutacaq “ölüm qrupu”ndakı görüşdə qonaq komandaya üstünlük verir.
O, hətta Almaniyadan inamlı qələbə gözləyir:
Macarıstan millisi italiyalı mütəxəssis Marko Rossinin rəhbərliyi altında son illər davamlı şəkildə irəliləyir. Macarlar AVRO-2020-də düşdüyü çətin qrupda Fransa və Almaniya ilə heç-heçə etməyi bacardılar. Komanda Millətlər Liqasında da “ölüm qrupu”ndadır. Buna baxmayaraq, yenə mübariz oyun sərgiləyirlər. İngiltərəyə qalib gəldilər (1:0), İtaliyaya yenilsə də (1:2), yüksək səviyyəli oyun nümayiş etdirdilər.
Buna rəğmən bukmeker kontorları Almaniyanı bugünkü görüşün aşkar favoriti hesab edirlər. Bundestimin qələbəsinə 1,41 əmsalı təqdim edilib ki, bu da ekspress üçün uyğun ola bilər.
Almaniya isə son Avropa çempionatında uğur qazana bilməsə də, Hans-Diter Flikin gəlişindən sonra yüksək sürətlə oynamağa və qələbələr qazanmağa başladı. Komanda Millətlər Liqasının ilk iki turunda İtaliya və İngiltərə ilə eynihesablı (1:1) heç-heçə edib. Flikin komandasının üç xal qazanmaq vaxtı çatıb. Hər iki komandanın qol vuracağına mərc etmək maraqlı gələ bilər. Macarlar İtaliya və İngiltərəyə qol vurublarsa, niyə də Manuel Noyeri məyus etməsinlər?
Ancaq mən bu gün Almaniyada cəsarətli qalibiyyət gözləyirəm. Bundestimin ən azı 2 top fərqli qələbəsinə mərc edərdim.
Proqnozum: Fora 2 (-1,0)