Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışında iştirak edib
23.05.2024 - 15:19
Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri mayın 20-dən 22-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində yığmanın 12 idmançısı iştirak edib.

Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

writer photo
Əlirza Əlirzalı
0