Cüdoçumuz bürünc döyüşünə çıxacaq
28.06.2024 - 19:55
Cüdoçumuz bürünc döyüşünə çıxacaq

Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb.

Oğlanlar
66 kq

Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansa da, Yaroslav Bunakova (AİN) məğlub olub.

73 kq
Cəsur İbadlı yarışa ikinci mərhələdən başlayıb. Burak Senquru (Türkiyə) mübarizədən kənarlaşdıran cüdoçumuz Tiqran Saruxanyanı (Ermənistan) da məğlub edərək 1/4 finala adlayıb. Bu mərhələdə Yeqor Talakuya (AİN) qalib gələn cüdoçumuz yarımfinala yüksəlib. Finalın bir addımlığında Boqdan Veliçkova (Serbiya) uduzan İbadlı bürünc medal uğrunda mübarizə aparacaq.

Qızlar
52 kq

Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub.

Aysun Məmmədova Yanka Yutner (Macarıstan) səddini keçə bilməyib.

57 kq
Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) ilə görüşdə qalib gəlsə də, Hili Zakroiskiyə (İsrail) məğlub olub.

Qeyd edək ki, yığmamız yarışın ilk günündə iki medal qazanıb. Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc əldə edib.

writer photo
Əlirza Əlirzalı
0