Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilərimiz bəlli olub
25.06.2024 - 17:36
Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilərimiz bəlli olub

Azərbaycanı sabah Rusiyanın Yakutsk şəhərində start götürəcək "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında təmsil edəcək güləşçilər müəyyənləşib.

Apasport.az xəbər verir ki, oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları baş tutacaq.

Ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və İlham Vezirovun rəhbərliyi altında U-15 millimizin üzvləri təmsil edəcək.

3000 tamaşaçı tutumlu “Triumf” İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kq), Tamerlan Namazlı (41 kq), Rəşid Nazarov (52 kq) Həsən Həsənov (62 kq) və Nihad Süleymanlı (75 kq), qadın güləşində Gülnar Ağadadaşova (39 kq), Rəna Nuriyeva (54 kq) və Simurə Abdullayeva (62 kq), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kq), Qurban Məcnunov (44 kq), Eldəniz Allahverdiyev (52 kq) və Yaşar Məmmədov (75 kq) uğur qazanmağa çalışacaq.

"Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

writer photo
Əlirza Əlirzalı
0