Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
25.06.2024 - 12:14
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.

Apasport.az xəbər verir ki, yarış Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutub.

AKAF-ın binasının yaxınlığında, Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb. Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 metr məsafədə güclərini sınayıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, AKAF tərəfindən yeniyetmə və gənclər arasında bu cür daxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, onlar arasından perspektivli idmançılar seçərək daha güclü milli komanda formalaşdırmaqdır.

writer photo
Əlirza Əlirzalı
0