İngiltərə kubokunun “Oksford” – “Arsenal” oyunu ilə bağlı araşdırmalar başlanılıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası 3-cü mərhələnin qarşılaşmasından şübhələnir.
Qurum korrupsiya ilə bağlı sübutların olduğunu, telefon danışıqlarını ələ keçirdiyini açıqlayıb. “Arsenal” bu matçda 3:0 hesablı qələbə qazanıb. Şübhə altına düşən görüşün özünün danışılmış olmaq ehtimalı deyil, oyundakı yeganə sarı vərəqədir.
“Oksford”un futbolçusu Kiron Braun 59-cu dəqiqədə xəbərdarlıq alıb. Məhz onun cəzası da bukmeker kontorlarını ciddi ziyana salıb.
Belə ki, qarşılaşmadan əvvəl çox sayda better Braunun sarı vərəqə almasına pul qoyub. Proqnozsevərlərdən bir qisminin oyundan əvvəl 24 yaşlı müdafiəçi ilə təmasda olduğu üzə çıxıb. Kiron sarı vərəqə almasına xeyli məbləğdə pul qoyulmasından xəbərdar olub.
Braunun xəbərdarlıq almaq əmsalı 9,00-ə bərabər idi. Betterlərdən biri 200 funt sterlinq qoyaraq 1600 funt sterlinq qazanc əldə edib.