“El Klasiko” onu “yandırdı” - 833 min 334 dollarlıq məğlubiyyət
17.10.2022 - 10:50
“El Klasiko” onu “yandırdı” - 833 min 334 dollarlıq məğlubiyyət

Məşhur reper Dreyk mərc oyunları həvəskarı olduğunu növbəti dəfə təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, ulduz həftəsonu baş tutan oyunlara böyük məbləğdə mərc edib.

Dreyk bu dəfə də yazdığı kuponu paylaşıb. O, iki qarşılaşmaya proqnoz verib.

Reper “Arsenal”ın “Lids”i, “Barselona”nın “Real”ı səfərdə udacağını təxmin edib. Londonlular Dreyki haqlı çıxarsa da, “El Klasiko” onun ümidlərini boşa çıxarıb.

Nəticədə 4,68 əmsala mərc edən Dreyk 833 min 333,85 dollar uduzub.

Qeyd edək ki, “Arsenal” 1:0 hesabı ilə qalib gəlib, “Barselona” 1:3 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0