Fərid Qayıbov Ülviyyə Fətəliyeva ilə görüşüb
06.05.2024 - 16:25
Fərid Qayıbov Ülviyyə Fətəliyeva ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Yunanıstanın Rodos adasında keçirilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva ilə görüşüb.

Apasport.az xəbər verir ki, gənc idmançını böyük uğur münasibətilə təbrik edən F. Qayıbov onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib. Ü.Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov və məşqçi Yevgeni Tomaşevski iştirak ediblər.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

writer photo
Əlirza Əlirzalı
0