Məhəmməd Muradlı çempionata liderlik edir
18.04.2024 - 13:45
Məhəmməd Muradlı çempionata liderlik edir

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 7-ci turun partiyaları oynanılıb.

Çempionatın lideri qara fiqurlarla mübarizə aparan Məhəmməd Muradlı Vüqar Rəsulovla heç-heçə oynayıb. Ağ fiqurlarla yarışan Xəzər Babazadə yarışın reytinq favoriti Aydın Süleymanlıya qalib gəlib. Misrətdin İsgəndərov Ülvi Sadıxovla, Read Səmədov Vüqar Manafovla, Süleyman Süleymanlı isə Murad İbrahimliylə xalı yarı bölüb. Ürfan Sevdimalıyev Rüstəm Rüstəmovla bərabərə qalıb.

Hesabat turunda Namiq Quliyev ağ fiqurlarla çıxış edən Toğrul Həsənzadəyə uduzub.

Apasport.az xəbər verir ki, Abdulla Qədimbəyli və Allahverdi Həmidov müvafiq olaraq Şiroğlan Talıbovla Xaqan Əhmədə qalib gəlib.

7 turdan sonra 5,5 xala malik Məhəmməd Muradlı birinci pillədə qərarlaşıb. Liderdən 1 xal geri qalan Xəzər Babazadə, Aydın Süleymanlı, Vüqar Rəsulov müvafiq olaraq 2-4-cü yerləri bölüşür. İlk dördlüyə yaxın olan Misrətdin İsgəndərov, Vüqar Manafov, Read Səmədov, Abdulla Qədimbəyli, Toğrul Həsənzadə və Ülvi Sadıxovun 4 xalı var.

Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

writer photo
Əlirza Əlirzalı
0