Bundesliqada 28 illik sindrom qırıldı
20.02.2023 - 10:43
Almaniya Bundesliqasında 28 illik sindrom qırılıb.
Apasport.az saytının məlumatına görə, ölkə çempionatında 1995-ci ildən bəri ilk dəfə 21 turdan sonra üç komanda eyni xalla liderlik mübarizəsinə davam edir.
Hazırda "Bavariya", "Borussiya” (Dortmund) və "Union" 43 xalla turnir cədvəlinin ilk 3 pilləsini bölüşürlər. Bu isə 28 il əvvəl qələbəyə görə 3 xalın tətbiq edildiyi Bundesliqada ilk belə haldır.
Qeyd edək ki, çempionatın növbəti turunda "Bavariya" doğma meydanda "Union"u sınağa çəkəcək. Dortmund “Borussiya”sı isə səfərdə “Hoffenhaym”ın qonağı olacaq.
0
0