İlin “qocaları” – 41-dən 45-ə
06.01.2023 - 11:03
İlin “qocaları” – 41-dən 45-ə

2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə 10 oyunçu yer alıb.

Bolqarıstanlı qapıçı Georgi Petkov ilin ən “qoca” futbolçusu olub. Siyahıya 6 qolkiper, 2 hücumçu, 1 müdafiəçi və 1 yarımmüdafiəçi düşüb.

Livanlı yarımmüdafiəçi Abbas Ahmed Atvi ən yaşlı sahə oyunçusudur. Müdafiəçilərdən İldefons Lima cədvələ düşüb. “Top-10”dakı hücumçular isə Ceyms Şamanqa və Ris Qriffitsdir.

1.  Georgi Petkov (Bolqarıstan) - 45 yaş 343 gün
2.  Oussa (Misir) - 45 yaş 198 gün
3.  Daniel Vaca (Boliviya) - 43 yaş 324 gün
4.  Abbas Ahmed Atvi (Livan) - 42 yaş 247 gün
5.  İldefons Lima (Andorra) - 42 yaş 229 gün
6.  Conatan Juber (Lüksemburq) - 42 yaş 224 gün
7.  Ceyms Şamanqa (Zambiya) - 42 yaş 220 gün
8.  Ris Qriffits (Uels) - 42 yaş 200 gün
9.  İlion Lika (Albaniya) - 42 yaş 148 gün
10.  Artur Boruç (Polşa) - 41 yaş 358  gün
 

writer photo
Əlirza Əlirzalı
0