Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi karyerasında 42-ci titulu qazanıb.
Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunan DÇ-2022-nin kubokunu başı üzərinə qaldıran 35 yaşlı hücumçunun qazanmadığı yalnız bir mükafat qalıb.
Cənubi amerikalı karyerası ərzində iştirak etdiyi bütün turnirlərdə qalib olması üçün yeganə çatışmazlığı aradan qaldırmalıdır. Onun mükafat kolleksiyasındakı çatışmazlıq Fransa kubokudur.
Dəfələrlə bu mükafata sahib çıxan PSJ Messinin gəlişindən sonra buna nail olmayıb. Lakin parislilər cari mövsüm bu turnirin də qalibi ola bilər.
Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransanı məğlub edib – 3:3, pen. 4:2.