Şakiri Messi və Ronaldunun uğurunu təkrarladı
03.12.2022 - 00:22
Şakiri Messi və Ronaldunun uğurunu təkrarladı

İsveçrə millisinin yarımmüdafiəçisi Cerdan Şakiri DÇ-2022-nin qrup mərhələsində Serbiya ilə matçda vurduğu qola görə tarixə düşüb.

Apasport.az xəbər verir ki, Şakiri son 3 dünya çempionatının hər birində qol vurub. Ondan başqa, yalnız Lionel Messi və Kriştianu Ronaldu bu uğura imza atıb.

Ümumiyyətlə, 31 yaşlı Kosovo əsilli Cerdan Şakiri bu göstərici ilə tarixdə 3 müxtəlif dünya çempionatında (2014, 2018 və 2022) qol vuran İsveçrə millisinin ilk futbolçusuna çevrilib.

writer photo
Əlirza Əlirzalı
0