Danışılmış oyunlara görə ömürlük diskvalifikasiya
12.12.2022 - 22:59
Danışılmış oyunlara görə ömürlük diskvalifikasiya

Danışılmış oyunların daha iki iştirakçısı cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, Fransa tennisçiləri Jül Okala və Mik Leskür ömürlük diskvalifikasiya edilib.

Buna onların çoxsaylı danışılmış oyunlarda iştirakı səbəb olub. Hər iki tennisçinin adı Fransa və Belçikanın hüquq-mühafizə orqanlarının araşdırmalarında yer alıb. 

ATP reytinqində 338-ci pillədən yüksəyə qalxmayan Okala 7 danışılmış oyunda iştirak edib. O, həm də 15 min dollar cərimə ödəyəcək. Şəxsi rekordu 487-ci yer aolan Leskür 8 bənd üzrə günahkar hesab olunub. O, 40 min dollar cərimələnib.
 

writer photo
Əlirza Əlirzalı
0