Azərbaycanın voleybol hakimi Kəmalə Əskərova Avropa Hakimlər Komissiyası (ERC) tərəfindən təşkil olunan Avropa Beynəlxalq Hakim Namizədi Kursunda iştirak edib.
Apasport.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-dən mayın 1-dək Bolqarıstanda Avropa Beynəlxalq Hakim Namizədi Kursu (EIRCC) keçirilib.
Sofiya şəhərində təşkil olunan tədbirdə 21 ölkədən 23 gənc hakim iştirak edib. Ölkəmizdən isə kursa yalnız respublika dərəcəli hakim K.Əskərova qatılıb.
Qeyd edək ki, kurs doqquz gün davam edib. Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərin yekununda bütün iştirakçılar buraxılış imtahanlarından uğurla keçərək diploma layiq görülüblər.