18 yaşlı türkiyəli "Brentford"da
12.01.2024 - 12:41
18 yaşlı türkiyəli "Brentford"da

Türkiyəli futbolçu İngiltərə Premyer Liqasında çıxış edəcək.

Apasport.az xəbər verir ki, “Sivasspor”un 18 yaşlı yarımmüdafiəçisi Yunus Emre Konak “Brentford”a transfer edilib.

Xəbəri Türkiyə klubunun rəsmi saytı da təsdiqliyib. Super Liqa təmsilçisi bu keçid qarşılığında 4,5 milyon avro alacaq. Yarımmüdafiəçi 2029-cu ilin yayına kimi “Brentford”un şərəfini qoruyacaq.

Qeyd edək ki, Türkiyənin aşağı yaş qruplarından ibarət milli komandalarında da çıxış edən Yunus Emre bu mövsüm “Sivasspor” forması ilə 17 matçda 1 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0