“Kəpəz” mövsümün ilk Qərb derbisinə itkilərlə çıxacaq
17.08.2024 - 17:48
“Kəpəz” mövsümün ilk Qərb derbisinə itkilərlə çıxacaq

"Kəpəz" bu gün Premyer Liqanın III turunda "Turan Tovuz"la qarşılaşacaq.

Apasport.az xəbər verir  ki, Gəncə təmsilçisi görüşə itkilərlə çıxacaq.

Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana matçda forma geyinə bilməyəcək.

Bu futbolçuların müalicə prosesi davam edir. Bundan əlavə Elmir Tağıyev cəzalı durumdadır.    

Qeyd edək ki, mövsümün ilk qərb derbisi saat 18:15-də start götürəcək.  

writer photo
Əlirza Əlirzalı
0