“300”ü fəth edənlər - SİYAHI
21.08.2022 - 17:32
“300”ü fəth edənlər - SİYAHI

XXI əsrdə eyni liqada ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvələ Lionel Mesi başçılıq edir.

Argentinalı ulduz İspaniya La Liqasında 474 dəfə fərqlənib. Almaniya Bundesliqasında 312 qola sevinən Robert Levandovski ikinci sıradadır.

Kriştiano Ronaldo da ilk “üçlük”dədir. La Liqada 311 qola sevinən portuqaliyalı polşalı ulduzdan bir qol geri qalır.

Qeyd edək ki, yalnız 5 futbolçu 300 və daha çox qol vurmağı bacarıb.

1. Lionel Messi - 474 (İspaniya)
2. Robert Levandovski – 312 (Almaniya)
3. Kriştiano Ronaldo – 311 (Portuqaliya)
4. Nikolas Munyos – 306 (Panama)
5. Aleksandar Dyuriç – 304 (Sinqapur)
 

writer photo
Əlirza Əlirzalı
0