22 milyonluq transfer
08.07.2023 - 23:27
22 milyonluq transfer

PSJ koreyalı futbolçu Li Kan İni transfer edib. 

Apasport.az saytı xəbər verir ki, müqavilə müddəti 2028-ci ilədək nəzərdə tutulub.

Paris klubu bu transferə görə, “Malyorka”ya 22 milyon avro ödəyib. 22 yaşlı yarmmüdafiəçi İspaniya çempionatındakı oyunu ilə bir çox klubların diqqət mərkəzinə düşüb. Koreyalı futbolçu karyerasını Fransada dam etdirmək qərarı verib.

Qeyd edək ki, Li Kan ötən mövsüm 39 oyunda 6 qol vurub, 6 ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0