450 qol vuran vunderkind “Siti”nin radarında
27.09.2023 - 12:18
450 qol vuran vunderkind “Siti”nin radarında

“Mançester Siti” yeniyetmə vunderkində elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, Mançester təmsilçisi "Milan"ın hücumçusu Françesko Kamardanı transfer etməyə hazırlaşır.

Avropanın top-komandalarının diqqət mərkəzində olan bombardir 13 yaşına qədər 450-dən çox qol vurmağı bacarıb. Danışıqları davam etdirən “şəhərlilər” forvardın karyerasını komandanın futbol akademiyasında davam etdirməsini istəyirlər.

Qeyd edək ki, 15 yaşlı Kamarda bu mövsüm “Milan”ın U-15 komandası ilə çıxdığı 6 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0