55 milyon funtluq təklif
24.05.2023 - 19:48
55 milyon funtluq təklif

“Çelsi”nin futbolçusu Meyson Maunt “Mançester Yunayted”ə keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” yarımmüdafiəçinin transferi ilə bağlı rəsmi təklif göndərəcək.

Mançester klubu “Çelsi”yə 55 milyon funt sterlinq ödəmək fikrindədir. Baş məşqçi Erik Ten Haq yarımmüdafiəçinin bu yay komandaya qoşulmasını istəyir.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Meyson mövsümün 35 matçında 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0