Noyer meydana qayıdır
02.11.2022 - 14:04
Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer DÇ-2022-də iştirak edə biləcək.
Apasport.az saytının məlumatına görə, bunu Münhen klubunun baş məşqçisi Yulian Naqelsmann açıqlayıb.
Mütəxəssis çiynindəki zədədən sonra bərpa prosesi keçən qolkiperin durumuna aydınlıq gətirib. O bildirib ki, Noyer artıq bu həftə meydana çıxmağa hazır olacaq: “Hamı rahat yata bilər. Manuel artıq xüsusi məşqlərə başlayıb. O, “Herta” ilə qarşılaşmada meydana dönə bilər”.
Qeyd edək ki, “Bavariya” və “Herta” ilə görüş noyabrın 5-də keçiriləcək.
0
0