8 il 3 aydan sonra: Debütdə qovuldu
13.01.2023 - 09:41
8 il 3 aydan sonra: Debütdə qovuldu

Joao Feliks İngiltərə Premyer Liqasında debüt edib.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin portuqaliyalı yarımmüdafiəçisi “Fulhem”lə qarşılaşmada meydana çıxıb.

O, debüt matçında qırmızı vərəqə alıb. Joao son 8 il 3 ayda bu taleyi yaşayan ilk oyunçudur.

Premyer Liqadakı debütündə meydandan qovulan sonuncu futbolçu Federiko Fasio idi. “Tottenhem”in üzvü 2014-cü il oktyabrın 18-də “Mançester Siti” ilə görüşdə qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Çelsi” “Fulhem”lə səfər matçında 1:2 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0