Abramoviç “Beşiktaş”ı ələ keçirmək istəyir
24.12.2022 - 15:39
Abramoviç “Beşiktaş”ı ələ keçirmək istəyir

Rusiyalı milyarder Roman Abramoviç yenidən futbol klubu almaq arzusuna düşüb. 

Apasport.az yerli mətbuata istinadən məlumat verir ki, İstanbulda yaşayan iş adamı bu arzusunu Türkiyədə reallaşdırmaq istəyir. 

Artıq Abramoviçin “Beşiktaş”ın sahibi olmaq üçün araşdırmalara başladığı da iddia edilir. 

Qeyd edək ki, İngiltərənin “Çelsi” klubunun sahibi olan rusiyalı sanksiyalar səbəbindən “zadəgan”ları satıb.
 

writer photo
Əlirza Əlirzalı
0