"Adana Demirspor"da 2 ayrılıq
29.01.2024 - 14:10
"Adana Demirspor"da 2 ayrılıq

"Adana Dəmirspor" 2 futbolçusu ilə yolları ayıracaq.

Apasport.az xəbər verir ki, klubun prezidenti Murat Sancak transferlərlə bağlı açıqlamalar verib.

Adı bir çox komanda ilə hallanan Yusuf Sarının komandadan ayrılacağını açıqlayan Murat Sancak milli futbolçunun böyük ehtimalla xaricə gedəcəyini bildirib.

Digər tərəfdən, Murat Sancak Yusuf Sarıdan daha sürətli, daha təcrübəli futbolçunun gələcəyini bildirib. Prezident futbolçunun yüngül zədəsi olduğunu və risk etmək istəmədiklərini bildirib.

Murat Sancakın komandadan ayrılacağını açıqladığı bir başqa ad isə Ertaç Özbirdir. 

writer photo
Əlirza Əlirzalı
0