"Adana Dəmirspor"dan şok baş məşqçi qərarı
04.12.2023 - 15:12
"Adana Dəmirspor"dan şok baş məşqçi qərarı

Türkiyə Super Liqa klublarından "Adana Dəmirspor"da baş məşqçi Patrik Kluyvertlə bağlı qərar qəbul edilib.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün əvvəlində "Adana Dəmirspor"da Vinçenzo Montellanı əvəzləyən hollandiyalı məşqçi
Patrick Kluivert ilə yollar ayrılıb.

Adana təmsilçisinin liqanın 15-ci həftəsində "Qalatasaray"la qarşılaşmaya köməkçi məşqçi Serkan Damla ilə çıxacağı gözlənildiyi halda, klubdan bu barədə açıqlama verilməyib. 

"Mavi şimşəklər"lə 20 matça çıxan Kluyvert 8 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza atıb.

Qeyd edək ki, məsələ ilə bağlı klubdan rəsmi açıqlama gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0