Adı seks qalmaqallarında hallanan federasiya prezidenti istefa verdi
28.02.2023 - 14:53
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre istefa verib.
Apasport.az saytının məlumatına görə, 82 yaşlı funksioner qərarını qurumun İcraiyyə Komitəsinin iclasında açıqlayıb.
Le Qre Fransa futbolunun əfsanəsi Zinəddin Zidan barədə ifadələrindən sonra ciddi tənqidlərə məruz qalıb. FFF-in sabiq və indiki əməkdaşları onu seks qalmaqallarında ittiham edib. Yanvarın 17-də Paris prokurorluğu tərəfindən cinayət işi açılan funksioner FFF-dəki vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Le Qre 2011-ci ilin yayından FFF-ə rəhbərlik edirdi.
0
0