Ançelotti Braziliya millisinə “yox” dedi, klubdan müqavilə gözləyir
08.09.2023 - 12:55
Ançelotti Braziliya millisinə “yox” dedi, klubdan müqavilə gözləyir

İtaliyalı mütəxəssis Karlo Ançelotti gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib.

Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ının baş məşqçisi klubla müqaviləsinin müddətini artırmağa hazır olduğunu açıqlayıb.

64 yaşlı təcrübəli çalışdırıcının gələn ilin yayında Braziliya millisinin baş məşqçisi postuna keçəcəyi gözlənilsə də, o, bundan imtina edib. “Kral klubu”nda işləməkdən məmnun olan Ançelotti daha bir neçə il paytaxt klubunda işləmək arzusundadır.

Qeyd edək ki, italyan futbol adamı 2021-ci ilin iyul ayından La Liqa klubuna rəhbərlik edir.

writer photo
Əlirza Əlirzalı
0