Dünyanın ən bahalı futbol klubları
11.09.2022 - 19:51
Dünyanın ən bahalı futbol klubları

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, məşhur “Forbes” jurnalının tərtib etdiyi cədvəldə 50 ən qiymətli idman klubu yer alıb.

Siyahıya 8 futbol klubu da daxil edilib. “Real”ın dəyəri 5,1 milyard ABŞ dolları ilə qiymətləndirilib. İspaniya nəhəngi ümumi siyahıda yalnız 13-cüdür.

Qiyməti 5 milyarda bərabər olan “Barselona” 15-ci  yerdədir. “Mançester Yunayted (4,6 milyard) 19-cu, “Liverpul” (4,45 milyard) 22-ci, “Bavariya” (4,28 milyard) 23-cü sırada qərarlaşıb.

25-ci olan “Mançester Siti” 4,25, 48-ci yerdəki PSJ 3,2 milyardla dəyərləndirilir. “Top-50”nin sonuncusu “Çelsi”dir – 3,1 milyard.

writer photo
Əlirza Əlirzalı
0