Ançelotti Del Boskeyə çatdı
04.09.2022 - 10:12
Ançelotti Del Boskeyə çatdı

“Real” La Liqada “Betis”ə 2:1 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, bu, Karlo Ançelotti Madrid klubunun sükanı arxasında 133-cü qələbə olub.

63 yaşlı italiyalı buna 180-ci matçında çatıb. O, Visente Del Boskenin göstəricisini təkrarlayıb. İspaniyalı 246 oyunda 133 dəfə qələbəyə sevinib.

Bununla da Ançelotti 3-cü yerə şərik olub. Yalnız Migel Munyos (357) və Zinəddin Zidan (172) daha çox qalibiyyətdə pay sahibidir.

Qeyd edək ki, “Real” 4 oyunda 4 qələbə ilə La Liqanın lideridir.
 

writer photo
Əlirza Əlirzalı
0