"Arsenal" 2015-ci ildən bəri "Bavariya"nı məğlub edə bilmir
10.04.2024 - 11:56
"Arsenal" 2015-ci ildən bəri "Bavariya"nı məğlub edə bilmir

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Londonun "Arsenal" klubu "Bavariya"nı qəbul edib. Görüş 2:2 hesabı ilə məhsuldar heç-heçə ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, “topçular” 2015-ci ildən Almaniya nəhənglərini məğlub edə bilmir.

"Arsenal"ın "Bavariya" üzərində sonuncu qələbəsi 2015-ci ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində olub. London klubu 2:0 hesabı ilə qalib gəlib. Daha sonra komandalar 4 oyun keçirib, 3-də "Bayern" qələbə qazanıb, 1 oyun isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Bavariya" - "Arsenal" cütünün cavab matçı aprelin 17-də Almaniyada keçiriləcək. Qalib komanda yarımfinalda "Mançester Siti" - "Real Madrid" cütünün qalibi ilə qarşılaşacaq. 

writer photo
Əlirza Əlirzalı
0