"Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
11.04.2024 - 17:15
"Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq

Londonun "Arsenal"ı "Vulverhempton"dan olan yarımmüdafiəçi uğrunda "Mançester Yunayted"lə mübarizə aparacaq.

Apasport.az "Dia"ya istinadla xəbər verir ki, "topçular" təsirli mövsüm keçirən Joao Qomesi hədəfləyir.

"Transfermarkt" braziliyalı yarımmüdafiəçinin bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir, lakin "Vulverhempton" daha çox tələb edəcək.

Joao uğrunda yarışda kimin favorit olduğu hələlik məlum deyil. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının hazırkı buraxılışında 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0