“Arsenal”da Cakanı o əvəz edəcək
19.05.2023 - 14:38
“Arsenal”da Cakanı o əvəz edəcək

“Arsenal” yayda heyəti gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi PSV-nin yarımmüdafiəçisi Xavi Simonsla müqavilə imzalayacaq.

Niderland klubu ilə danışıqlara başlayan “topçular” 20 yaşlı futbolçunu yayda komandanı tərk edəcəyi gözlənilən Qranit Cakanın layiqli əvəzedicisi sayırlar.

Rotterdam klubu ilə 2021-ci ilin yayına qədər razılaşması olan yarımmüdafiəçinin Londonda oynamağa can atdığı da bildirilir.  

Qeyd edək ki, Simons bu mövsüm 46 matçda iştirak edərək, 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0