Arteta "Arsenal"da rekordları sıralayır
26.11.2023 - 13:19
Arteta "Arsenal"da rekordları sıralayır

Mikel Arteta adını “Arsenal”ın tarixinə yazdırmağa davam edir.

Apasport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın sükanı arxasında keçirdiyi ilk 200 matçda rekord qırıb.

İngiltərə Premyer Liqasının “Brentford”a  (0:1) qarşı səfər matçında qeydə alınan qələbə ispaniyalı məşqçinin 116-cı zəfəri kimi tarixə düşüb. Bununla da o, “topçular”ın əfsanəvi məşqçilərindən Arsen Vengerin nailiyyətini (200 oyunda 111 qələbə) ötmüş olub.  

Qeyd edək ki, sözügedən qələbədən sonra xallarının sayını 30-a çatdıran London klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0