“Atletiko”nun futbolçusu İtaliyaya qayıdır
18.10.2022 - 00:48
 “Atletiko”nun futbolçusu İtaliyaya qayıdır

“Atletiko”nun futbolçusu Rodriqo de Paul karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi iki klubun maraq dairəsindədir.

“Milan”la “Yuventus” cənubi amerikalını heyətinə qatmaq istəyir. Rodriqo “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin planlarına daxil deyil.

28 yaşlı futbolçu 2021-ci ilin yayında “Udineze”dən Madrid klubuna keçib. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, de Paul mövsümün 10 oyununda 1 qol və 1 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0