AVRO-2024-də A və B qrupunun təyinatları müəyyənləşib
13.06.2024 - 21:00
AVRO-2024-də A və B qrupunun təyinatları müəyyənləşib

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında A və B qruplarının I turunun görüşlərini idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə A qrupunun matçları çərçivəsində üz-üzə gələcək Macarıstan və İsveçrə millilərinin görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

B qrupunun İspaniya - Xorvatiya qarşılaşmasına ingiltərəli Maykl Oliver təyinat alıb.

Eyni qrupun İtaliya - Albaniya matçında isə almaniyalı Feliks Çvayer ədaləti qoruyacaq.

writer photo
Əlirza Əlirzalı
0