Avropa Liqasında III təsnifat mərhələsi yekunlaşdı
18.08.2023 - 00:27
Avropa Liqasında III təsnifat mərhələsi yekunlaşdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, "Şerif" rəqib meydanında heç-heçə oynayıb.

Bir həftə əvvəl böyükhesablı qələbə qazanam Moldova çempionu pley-offa vəsiqə qazanıb.

"Hakken" hər iki görüşdə meydanı qələbə ilə tərk edib. İsveç təmsilçisi "Jalgiris"in qapısından 5 cavabsız top keçirib. "Olimpiakos" güclü "Genk" səddini aşıb. Komanda səfər matçında son dəqiqələrdə məğlubiyyətdən qaça bilib.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları 

17 avqust
HİK (Finlandiya) – “Qarabağ”  (Azərbaycan) – 1:2

İlk oyun - 1:2

“Hakken” (İsveç) – “Jalgiris” (Litva) – 5:0
İlk oyun – 3:1

“Bate” (Belarus) – “Şerif” (Moldova) – 2:2
İlk oyun - 1:5

“Dinpro-1” (Ukrayna) – “Slaviya” (Çexiya) – 1:1
İlk oyun – 0:3

“Genk” (Belçika) – “Olimpiakos” (Yunanıstan) – 1:1
İlk oyun – 0:1

 “Breydablik” (İslandiya) - “Jrinski” (Bosniya və Hersoqovina) – 1:0
İlk oyun – 2:6
 

writer photo
Əlirza Əlirzalı
0