Avstriya millisinin üzvü "Beşiktaş"a gəlir
18.01.2024 - 15:08
Avstriya millisinin üzvü "Beşiktaş"a gəlir

“Beşiktaş” müdafiə xəttinə yeni futbolçu almaq istəyir.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Srvena Zvezda” forması geyinən Aleksandar Draqaoviçlə danışıqları davam etdirir.

“Qara qartal” mərkəz müdafiəçisinə 1,5 illik müqavilə qarşılığında 1,2 milyon avro təklif edib. Komandası ilə razılaşması mövsümün sonunda başa çatacaq Draqoviç Super Liqa təmsilçisindən düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, Avstriya millisinin də şərəfini qoruyan Aleksandar bu mövsüm meydana çıxdığı 25 matçda aktivinə 1 qol və 2 məhsuldar ötürmə yazdırıb. 

writer photo
Əlirza Əlirzalı
0