"Liverpul" matçında rekord
01.04.2024 - 15:58
"Liverpul" matçında rekord

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Liverpul" doğma meydanda "Brayton"u qəbul edib.

Apasport.az xəbər verir ki, görüş Yurgen Kloppun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mersisayd klubunun mətbuat xidmətinin məlumatına görə, “Enfild”də izləyici rekordu qeydə alınıb. Görüşdə 60 061 azarkeş iştirak edib. Arenanın ümumi tutumu 61 276 tamaşaçıdır.

Qeyd edək ki, mersisaydlılar ikinci yerdə qərarlaşan London “Arsenal”ını 2 xal qabaqlayıb.

 

writer photo
Əlirza Əlirzalı
0