"Ayaks"da yeni baş məşqçi
14.06.2023 - 15:26
"Ayaks"da yeni baş məşqçi

"Ayaks" yeni baş məşqçisini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Niderland klubuna 49 yaşlı Mauris Steyn rəhbərlik edəcək.

İyulun 1-dən işinə başlayacaq mütəxəssislə müqavilə 2026-cı ilə kimi nəzərdə tutulub.

BƏƏ-nin “Al Vahda” və Niderlandın bir çox komandasına rəhbərlik etmiş Maurisin qarşısında duran əsas vəzifə komandanı yenidən çempion etmək və avrokuboklarda uğurlu çıxışdır.

Qeyd edək ki, “Ayaks” son mövsümdə çempionatı 3-cü sırada tamamlayıb.

writer photo
Əlirza Əlirzalı
0