“Barselona” 18 yaşlı hücumçu transfer etdi
19.01.2023 - 10:33
“Barselona” 18 yaşlı hücumçu transfer etdi

İspaniyanın “Barselona” klubu heyətini gənc futbolçu ilə gücləndirib. 

Apasport.az saytı xəbər verir ki, kataloniyalılar Argentinanın "Ferro Karril Oeste" komandasından 18 yaşlı hücumçu Lukas Romanı transfer edib.

Futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Anlaşmanın şərtlərinə görə, hücumçunun sərbəst qalma məbləği 400 milyon avro müəyyən edilib. 

Argentinanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvü olan Lukas hələlik ispanların ikinci komandasında çıxış edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0