“Barselona” 3 futbolçunu məşqə buraxmır
30.06.2022 - 13:13
“Barselona” 3 futbolçunu məşqə buraxmır

“Barselona” bir neçə futbolçusuna iyulun 4-də başlayacaq təlim-məşq toplanışına qoşulmamaları barədə xəbərdarlıq edib.

Apasport.az saytının məlumatına görə, rəhbərlik konkret olaraq 3 oyunçuya yeni klub axtarmasını tapşırıb.

Bunun üçün isə onlara əlavə bir həftə istirahət imkanı verilib. Baş məşqçi Xavi Ernandesin sərəncamında görmək istəmədiyi həmin oyunçular müdafiəçilər Samuel Umtiti, Oskar Mingeza və yarımmüdafiəçi Rikard Puçdur.

Adıçəkilən futbolçular isə yalnız “Barsa”da aldıqları maaşı ödəməyə razı olan kluba keçməyə hazır olduqlarını bildirib.
 

writer photo
Əlirza Əlirzalı
0