“Barselona” Pedri üçün 18 milyon avro ödəyəcək
01.06.2024 - 01:47
“Barselona” Pedri üçün 18 milyon avro ödəyəcək

"Barselona" yarımmüdafiəçi Pedri üçün "Las Palmas"a 18 milyon avro ödəyib.

Apasport.az xəbər verir ki, bu pul bonus ödənişidir, kataloniyalılar futbolçunu 2019-cu ildə 5 milyona alıblar, lakin oyunçunun uğurlu çıxışları onun keçmiş komandasına qeyd olunan məbləği qazanmağa imkan verib. Ümumi transfer məbləği isə 23 milyon idi.

Qeyd edək ki, cari mövsüm İspaniya klubunun heyətində 24 matç keçirən Pedri, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0